• $
  • €
  • ₽
  • ₺
  • £

Bəşər Əsəd: "Suriyada atəşkəs olmayacaq" - Son vəziyyət

Bəşər Əsəd: "Suriyada atəşkəs olmayacaq" - Son vəziyyət
09.12.2016 11:38
"Hələbi almaq bizim üçün böyük zəfər olar. Amma real danışmaq lazımdır. Çünki bu, Suriyada baş verən döyüşlərin sonu demək deyil. Lakin müharibənin baş çatdırılması üçün tutarlı addım olacaq”.

ANN.Az "Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd "Əl-Vətən” qəzetinə müsahibəsində məlumat verib. Əsəd bildirib ki, Şam hökuməti çərşənbə günü baş verən döyüşlərdə Hələbin qədim küçələrini ələ keçirməklə, mühüm irəliləyiş əldə edib.
 
Suriya hökumətinə məxsus "SANA” agentliyinin məlumatına görə, ordu eyni gündə Bab Əl Neyrib, Əl Maadi və Salihin ərazilərini ələ keçirib. 
 
 
Əsəd: "Atəşkəs rejiminin tətbiqi gözlənilmir”

Jurnalistin "Suriyada atəşkəs olacaqmı?” sualına cavab verən Bəşər Əsəd bildirib ki, bu barədə təbii ki, heç bir addım atılmayacaq:
"Xüsusilə, ABŞ Suriyada atəşkəsin əldə edilməsi üçün təkid edir. Çünki onların Suriyadakı terrorçu agentləri çətin vəziyyətdə qalır. Rejim qarşısında davamlı ərazilər itirən müxaliflər mülki əhalinin və yaralıların döyüş bölgələrindən təxliyyə edilməsi üçün 5 günlük atəşkəs olunmasını təklif etdilər. Müxaliflərin bu təklifini ABŞ, İngiltərə, Fransa, Almaniya və Kanada da dəstəkləmişdi”.

Moskva: "ABŞ-la razılaşmaya çox yaxınıq”

ABŞ-la Hələb mövzusunda görüşlər aparıldığını bildirən rəsmi Moskva artıq mühüm addımların atıldığını qeyd edib.
 
 
 
Rusiyanın xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov "İnterfax” agentliyinə açıqlamasında deyib ki, ötən günlər aparılan görüşlərdə Rusiya və ABŞ arasında Hələb mövzusunda mühüm addımlar atılıb:

"Bu istiqamətdə razılaşma əldə edilməsinə çox yaxınıq. Lakin gözləntilər barədə təmkinli davranmaq lazımdır”.

 
Rusiya xarici işlər naziri Sergey Lavrov və amerikalı həmkarı Con Kerri çərşənbə günü Almaniyanın Hamburq şəhərində görüşüb. Rəsmi Kremldən verilən məlumata görə, çərşənbə günü müxaliflərin Hələbdən təhlükəsiz şəkildə çıxışının təmin edilməsi üçün ABŞ-la hələ də danışıqlar aparılıb.

150 xəstə və əngəlli təxliyyə edilib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 150 nəfər yaralı və əngəlli şəxsin təxliyyə edildiyini açıqlayıb. Qurumdan verilən məlumata görə, Hələbdə yerləşən Dar Əl Şəfa xəstəxanasında olan yaralıların təxliyyəsi gecə saatlarında həyata keçirilir. Bu isə Hələb tarixində ilkdir.

 
 
BQXK-nın Suriya nümayəndəliyinin rəhbəri Marianna Qasser mətbuata açıqlamasında bildirib ki, xəstə, yaralı və digər mülki əhali Hələbdə baş verən döyüşlərə görə, günlərdir təxliyyə edilə bilmirdi:

"Döyüşlər şiddətləndiyindən, cəbhə xətti də daralırdı. Buna görə də, mülki əhali çox çətin vəziyyətdə qalmışdı. Döyüşlərin bir qədər zəiflədiyi gecə saatlarında 150 nəfəri təxliyyə etdik. Onlardan 118 nəfər bölgədəki 3 ayrı xəstəxanaya yerləşdirilib. 30 nəfər isə sığınacaqlardakı səyyar xəstəxanalarda tibbi xidmətlə təmin edilib”.

Bombardmanlar nəticəsində 61 nəfər mülki sakin ölüb

 
Müxaliflərin nəzarətindəki ərazilərin azad olunması üçün mühüm işlər görən "Ağ maskalılar” adlı Mülki Müdafiə Təşkilatı döyüşlər zamanı atılan bombalar səbəbindən 61 nəfər mülki sakinin öldüyünü, 120-dən artıq insanın yaralandığını açıqlayıb.

"Əl-Cəzirə” telekanalının əldə etdiyi məlumata görə, bombardmandan qaçmaq istəyən onlarla sakin öldürülüb. Məlumatlarda bildirilir ki, hələ də, onların cəsədləri tapılmayıb.

Suriyanın "SANA” agentliyinin yaydığı xəbərə görə, ölkənin qərbində rejimin nəzarətində olan ərazilərə atılan bombalar nəticəsində 14 nəfər ölüb, 70-dən çox sakin ağır yaralanıb. 

Müxalif qüvvələr ərazilərin 80%-ni itirib

 
 
Noyabrın 28-dən etibarən Əsəd rejimi qarşısında davamlı məğlubiyyət yaşayan müxalif qüvvələr son 10 gün ərzində əllərində olan ərazilərin 80%-dən çoxunu itirib. Məlumata görə, Əsəd rejiminin mühasirəsində olan müxalif düşərgələrdən xeyli sayda mülki sakin qaçıb.

 
 
Qeyd edək ki, Suriyada 2011-ci ilin martından başlayan və 5 il yarımdan çox davam edən döyüşlər nəticəsində 300 mindən artıq insanın öldüyü, Suriya əhalisinin yarıdan çoxunun evsiz qaldığı bildirilir.
 
* Yazıda "AlJazeera", Reuters" və "İnterfax" agentliklərinin məlumatlarından istifadə edilib.

Kamil ƏMİRLİ
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol