İstanbul Universitetinin 87 əməkdaşı həbs edildi

Türkiyə Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olmaqda şübhəli bilinən İstanbul Universitetinin 87 əməkdaşının həbsi üçün order çıxarıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir. Polis ölkənin 12 vilayətində reydlər keçirib.
Şübhəlilər arasında universitetin professoru, eləcə də kiçik siyasi partiyanın sədri var.
www.ann.az
























