Futbolçu ilə fotosunu paylaşan gənc partlayışda həlak olub - FOTOLAR

Dünən gecə İstanbulda baş verən partlayışda ölənlərin adları açıqlanıb.
ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış zamanı ölən 29 nəfərdən biri "Vodafone Arena" stadionunun yaxınlığında Beşiktaş futbol klubuna məxsus idman mağazasında çalışan Tunc Uncu olub.
Tunc Uncunun ölümü ilə bağlı klubdan rəsmi açıqlama da verilib.
Qeyd edək ki, T. Uncu bir neçə ay əvvəl fanatı olduğu Beşiktaş klubunun sabiq futbolçusu Paskal Numa ilə fotosunu "Facebook" sosial şəbəkəsində paylaşaraq, onu və Beşiktaş klubu ilə bağlı fikirlərini qeyd etmişdi.
Paskal Numa isə onunla çəkilən fotosunu "instagram"da paylaşaraq, ölümünə kədərləndiyini bildirib.




Kamil ƏMİRLİ
www.ann.az
























