İstanbuldakı partlayışda ölənlərin sayı 38-ə çatdı - RƏSMİ

Dünən gecə 23:30 radələrində İstanbulda baş verən partlayışda ölənlərin sayı 38-ə çatıb.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleymano Soylu məlumat verib. Onun sözlərinə görə, ölənlər arasında 30 nəfər polis rəisi və güc stuktrunun əməkdaşları, eləcə də, 7 nəfər mülki vətəndaş var. Ölənlərdən 1 nəfərin şəxsiyyətini hələlik dəqiqləşdirmək mümkün olmayıb.
S. Soylu bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 13 nəfər tutulub:
"Partlayışdan sonra 10 nəfər saxlanıldı. Onların sorğusu davam etdirilir. Bir neçə saat əvvəl isə daha 3 nəfər tutularaq İstanbul Baş prokurorluğuna aparılıb. Həmin şəxslərin də sorğuları başlayıb”.
Nazir həmçinin qeyd edib ki, hazırda 136 nəfər xəstəxanalarda müalicə olunur:
"Onlardan 14 nəfər vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, 5 nəfər əməliyyat edilir”.
Qeyd edək ki, Türkiyə prezidentinin köməkçisi "CNN Türk” telekanalına açıqlamasında partlayışın PKK terror təşkilatı tərəfindən törədildiyinə dair izlərin olduğunu bildirmişdi.
Kamil ƏMİRLİ
www.ann.az
























