Yaponlar məşhur yazıçının robot əkizini yaratdılar

Yaponiyada məşhur ədəbiyyat xadimi Natsume Sosekinin robot "əkizi” yaradılıb.
İKT.lent.az-ın "The Japan Times”a istinadən verdiyi xəbərə görə, android robot insanlarla ilk görüşündə deyib: "Dostlar, çoxdandır görüşmürük. Yəqin, 100 ilə yaxın vaxt keçib”.
Robot yazıçının ölümünün 100-cü ildönümü münasibətilə yaradılıb. Layihədə universitet alimləri iştirak edib. Robot məşhur ədəbiyyatçının 1000 yen dəyərində olan əsginasın üzərindəki təsvirinə uyğun hazırlanıb.
Robot tədris məqsədilə, məsələn, N. Sosekinin əsərlərini uşaqlara oxumaq, eləcə də robotlar üçün nitq və dialoq qabiliyyətinin işlənib hazırlanması məqsədilə istifadə olunacaq.
www.ann.az
























