Prezident nazirləri çağırdı - Təhlükəsizlik Toplantısı
İstanbulun Beşiktaş rayonunda baş verən terrorla bağlı Türkiyə Təhlükəsizlik Toplantısı baş tutub.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayib Ərdoğanın rəhbərliyi ilə baş tutan toplantı yerli vaxtla 17:30-da başlayıb.
Görüşdə Türkiyənin Baş naziri Binəli Yıldırım, prezidentin köməkçiləri Numan Kurtulmuş, Veysi Qaynaq və Toğrul Türkeş, Ədliyyə naziri Bəkir Bozdağ, Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kaya, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak, Daxili İşlər naziri Süleyman Soylu və eləcə də, ali hərbi bürokratlar iştirak edib.
Qeyd edək ki, dünən axşam saatlarında İstanbulda baş verən partlayış nəticəsində 38 nəfər ölüb.
Kamil ƏMİRLİ
www.ann.az
























