Terror baş verən ərazinin adı dəyişdirildi
İstanbulun Beşiktaş rayonunda terror aktının baş verdiyi ərazinin adı dəyişdirilib.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, əvvəllər Beşiktaş rayonundakı həmin ərazi "Beleştepe” adlandırılırdı. Rayon bələdiyyəsinin qərarına görə, ərazinin adı dəyişdirilərək "Şəhidlər təpəsi” adlandırılıb.
Partlayışın baş verdiyi ərazidə şəhidlərin xatirəsinə abidə də ucaldılacaq.
Qeyd edək ki, dekabrın 10-da İstanbulda baş verən partlayış nəticəsində 41 nəfər ölüb.
Kamil ƏMİRLİ
www.ann.az
























