İstanbuldakı partlayışda ölənlərin sayı 44-ə çatdı

Dekarın 10-da İstanbulun Beşiktaş rayonunda baş verən terrorda ölənlərin sayı 44-ə çatdı.
ANN.Az "HaberTürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ məlumat verib. Onun sözlərinə görə, terror nəticəsində 36 polis olmaqla, 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.
Nazir yaralılardan 14 nəfərinin reanimasiyada olduğunu bildirib.
Kamil ƏMİRLİ
www.ann.az
























