Müdafiə nazirindən strateji səfər

ABŞ müdafiə naziri Eşton Karter İraqdan sonra strateji əraziyə səfər edib.
ANN.Az "DHA”-ya istinadən xəbər verir ki, bu barədə kürdlərə məxsus mənbələr məlumat yayıb. Bildirilib ki, Karter İraqdan dərhal sonra İŞİD-in işğal etdiyi və 4 ay əvvəl azad olunan Geyara hava limanına səfər edib.
Onu hava limanında general Stefen Tovsend qarşılayıb. General nazirə Mosul əməliyyatları barədə məlumat verib. Bildirilib ki, indiyə qədər Mosul əməliyyatı çərçivəsində 2 mindən çox İŞİD üzvü məhv edilib:
"Hazırda Mosulda 3-5 min arasında İŞİD-çinin olduğunu düşünürük. Onların da zərərsizləşdirilməsi istiqamətində döyüşlər aparılır”.
Geyara səfərindən sonra Bağdada gedən Eşton Karter orada İraq lideri Heydər Əl Abadi ilə görüşüb.
Kamil ƏMİRLİ
www.ann.az
























