Türkiyənin F-16 hərbi təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Diyarbəkir vilayətində F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
ANN.Az APA-ya istinadən verdiyi xəbərə görə, insident hərbi aerodrom yaxınlığında qeydə alınıb.
Hadisə yerinə xilasedici qrup cəlb edilib. Pilotun sağ qaldığı bildirilir.
www.ann.az
























