• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbul terroru ilə bağlı yeni detallar

İstanbul terroru ilə bağlı yeni detallar
13.12.2016 10:34
Dekabrın 10-da İstanbulda törədilən terror aktı ilə əlaqədar yen detallar aşkar edilib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların hadisə baş verən əraziyə gəldiyi avtomobilin kimə məxsus olduğu müəyyən edilib. Məlum olub ki, qara rəngli "Chevrolet” Avea markalı avtomobil terror hadisəsindən 4 gün əvvəl terrorçulardan birinə satılıb. 

Hadisəni törədən kamikadzelərdən birinin qadın olduğu ehtimal edilir. Hadisəyə görə saxlanılan 13 nəfər şübhəli arasında maşının satışını həyata keçirən şəxs də var. 

Araşdırma nəticəsində məlum olub ki, iki terrorçu bomba yerləşdirilən maşınla Türkiyə vaxtı ilə saat 22:27 radələrində hadisə yerinə gəlib. Terrorçuların hədəfi "Vodafon Arena”dakı oyundan sonra polislərin toplaşdığı iki məntəqə olub. "Canlı bomba” çevik polis qüvvələrinin olduğu yerə çatmadan hadisəni törədib. 

Maşında və "canlı bomba”nın üzərindəki bomba həm uzaqdan idarə etməklə, həm də özü partladılmaqla idarə edilirmiş. Ehtimal edilir k, hadisə yerindən kənarda terrrorçu qruplaşmanın üzvləri olayın baş verəcəyi anı izləyiblər. 

Qeyd edək ki, İstanbuldakı terror zamanı 44 nəfər həyatını itirib. Onlardan 37-si polis əməkdaşıdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol