• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp: "Dövlət katibi vəzifəsinə həqiqətən dünyanın ən dahi biznesmenlərindən birini seçmişəm"

Tramp: "Dövlət katibi vəzifəsinə həqiqətən dünyanın ən dahi biznesmenlərindən birini seçmişəm"
13.12.2016 19:40
"Dövlət katibi vəzifəsinə həqiqətən dünyanın ən dahi biznesmenləırindən birini, Reks Tillersonu seçmişəm".

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, o, bu gün ölkənin ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillersonu ABŞ-ın dövlət katibi olmağa namizədi kimi elan edib.
Reks Tillerson Oklahoma və Texasda, ABŞ-ın əsas neft-qaz hasil edən ştatlarında böyüyüb. O, 1975-ci ildə Ostində Texas Universitetini bitirib və mühəndislik işi üzrə təhsil alıb. Bundan dərhal sonra da "ExxonMobil" şirkətində mədənlərdə işləməyə başlayıb. Ötən əsrin 90-ci illərində korporasiyanın qaz departamentində biznesin inkişafı xidmətinə rəhbərlik edib, 2006-cı ildə isə Direktorlar Şurasının sədri və baş direktor seçilib.

 
R.Tillerson ABŞ-dan xam neft ixracı ilə bağlı bir neçə onilliklər mövcud olmuş qadağanın ləğvinə, eləcə də mayeləşdirilmiş təbii qaz ixracı üzrə layihələrin inkişafı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına nail olub. Onun rəhbərliyi altında "ExxonMobil" şirkləti 2014-cü ildə 34 milyard dollar məbləğində xalis mənfəət əldə edib və 80 milyard dollar məbləğində vergi ödəyib.

"Forbes" jurnalı iki dəfə Reks Tillersonu dünyanın ən nüfuzlu şəxsləri siyahısına salıb. O, 2014-cü ildə  20-ci pillədə, 2015-ci ildə isə 25-ci sırada qərarlaşıb.

 
 
Qeyd edək ki, Reks Tillersonun rəhbərlik etdiyi "ExxonMobil” şirkəti enerji sahəsində Azərbaycanla da sıx əməkdaşlığa malikdir. Şirkət "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 8% paya sahibdir. Bu ilin noyabrın 7-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq neft-qaz sərgi konfrası çərçivəsində "ExxonMobil” şirkətinin prezidenti Reks Tillersonla görüş keçirib. Görüşdə "ExxonMobil” rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirib, SOCAR-"ExxonMobil" əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını söyləyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol