İngiltərədən Türkiyəyə dəstək
İngiltərə Türkiyə və Avropa İttifaqı (Aİ) arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İngiltərənin Avropa və Amerika məsələləri üzrə müşaviri Alan Dunkan "Twitter” səhifəsində məlumat verib.
Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə toxunan Dunkan Aİ xarici işlər nazirlərinin toplantısında sıx əlaqələrin qurulmasının vacibliyini müdafiə etdiyini bildirib:
"Çoxluq bu məsələ ilə razılaşıb, lakin rəsmi anlaşma əldə edilməyib”.
Qeyd edək ki, Avropa Parlamentinin Türkiyə ilə müzakirələrin dondurulması qərarı dünən Aİ Ümumi İşlər Şurasında müzakirə edilib. Avstriyadan başqa, Aİ üzvü olan 27 ölkə Türkiyə ilə müzakirələrin dondurulmasına qarşı çıxıb. Ümumi açıqlamada isə bildirilib ki, hazırki şərtlərlə yeni səhifə açılması düşünülmür.
Kamil ƏMİRLİ
www.ann.az
























