Lavrovdan Hələb açıqlaması

"2-3 gün ərzində silahlı qruplaşmalar bölgədən çıxacaq və Hələbdə baş verən qətliam başa çatacaq”.
ANN.Az "Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qatıldığı televiziya verilişində deyib.
Lavrov bildirib ki, Hələbdə baş verən döyüşlər qarşıdakı günlərdə bitəcək:
"2-3 gün ərzində silahlı qruplaşmaların Hələbdəki mübarizəsi başa çatacağını düşünürük. Bunu qəbul etməyənlər isə öz qərarını vermiş olacaq. Onların şəhərdən kənarlaşması üçün koordinatlar hazırlanıb və təhlükəsizlikləri ilə bağlı zəmanət verilib. Lakin bilirik ki, silahlı qruplaşmalar Hələbdən çıxdıqdan sonra digər əraziləri işğal etməyə çalışacaq. Amma indiki şəraitdə bizim üçün əsas olan Hələbdə baş verən faciədir”.
Hələbdən çıxarılan mülki əhalinin təhlükəsiz şəkildə təxliyyə edilməsi üçün koordinatların hazırlandığını bildirən Lavrov qeyd edib ki, indiyə qədər 10 mindən çox mülki əhali təxliyyə edilib.
S. Lavrov həmçinin qeyd edib ki, Rusiya İŞİD və Əl-Nusra qruplaşmalarından başqa, ərazidə olan birləşmələrlə mütəmadi olaraq, əlaqə saxlayır.
Kamil ƏMİRLİ
www.ann.az
























