Fransa fövqəladə vəziyyətin müddətini uzatdı - 5-ci dəfə
Fransa parlamenti fövqəladə vəziyyətin müddətini 5-ci dəfə uzadıb.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr dünən axşamdan etibarən başlayıb bir neçə saat davam edib.
Fövqəladə vəziyyətin uzadılması təklifinə 32 millət vəkili "yox”, 288 deputat isə "hə” deyib. 5 nəfər isə neytral qalıb. Nəticədə, 2015-ci ildən etibarən başlayan fövqəladə vəziyyətin müddəti 5-ci dəfə uzadılıb.
Qeyd edək ki, Fransada fövqəladə vəziyyət 13 noyabr 2015-ci ildə İŞİD-in törətdiyi terrordan sonra tətbiq edilib. Terakt nəticəsində 130 nəfər həlak olmuşdu.
Kamil ƏMİRLİ
www.ann.az
























