Təhlükəsizlik Şurası yenidən toplanır - Türkiyədə
Türkiyə Təhlükəsizlik Şurasının nöbəti toplantısı keçiriləcək.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, toplantıya prezident Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək. Prezident iqamətgahında baş tutacaq görüşdə terror hadisələri, eləcə də İraq və Suriyadakı möcvud vəziyyət və çıxış yolları müzakirə ediləcək.
Toplantının bu gün yerli vaxtla 14:30-da başlayacağı bildirilir.
Kamil ƏMİRLİ
www.ann.az
























