Putin: "Türkiyə ilə razılıq əldə edilib"

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada görüşüb.
ANN.Az "HaberTürk”ə istinadən xəbər verir ki, görüşdə Suriya məsələsi müzakirə edilib.
Putin görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyə ilə razılaşmanın əldə edildiyini bildirib:
"Növbəti hədəfimiz bütün Suriya ərazisində atəşkəs razılaşmasının əldə edilməsidir. Bu istiqamətdə apardığımız Qazaxıstan görüşləri Cenevrə görüşlərinin davamıdır. Türkiyə vasitəsilə Suriyadakı müxalif qüvvələrlə danışıqlar aparmışıq. Artıq Türkiyə ilə müxaliflərin Hələb şəhərindən çıxarılması üçün lazımi dəstəyin verilməsi məsələsində razılığa da gəlmişik”.
Putin həmçinin qeyd edib ki, yenidən İŞİD-in işğal etdiyi Palmir ərazisindəki uğursuzluqlar Suriya, Rusiya və koalisiya qüvvələri arasında olan fikir ayrılığı səbəbindən baş verib.
Kamil ƏMİRLİ
www.ann.az
























