Selfi çəkmək üçün dron hazırlanır

İtaliyanın "AirSelfie Holdings Ltd" şirkəti selfi üçün dron buraxmağa hazırlaşır.
İKT.lent.az-ın İnforming.ru-ya istinadən xəbərinə görə, cihazın 2017-ci ilin martında hazır olması planlaşdırılır.
20 metr hündürlüyə qalxa biləcək dron 5 meqapiksellik kamera və 4 Gb yaddaş akrtı ilə təchiz ediləcək. Android əlavə bazasında işləyəcək dronun qiyməti 300 dollar olacaq.
Selfi çəkmək üçün müvafiq rakursları dronun özü seçəcək.
www.ann.az
























