"13 əsgər şəhid olub, 55 nəfər yaralanıb" - Türkiyə DİN

"Xəstəxanada 55 nəfər yaralımız var”.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Kayseri şəhərində baş verən partlayışda yaralananların sayı bəlli olub.
Hadisə nəticəsində 13 əsgər ölüb, 55 nəfər yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib.
Daxili işlər naziri Süleyman Soylu yaralılarla bağlı açıqlamasında bildirib ki, hazırda xəstəxanada 55 nəfər yaralı var. Onlardan 12 nəfər reanimasiyaya yerləşdirilib. 6 nəfərin vəziyyəti ağır olduğu qeyd edilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Kayseri şəhərində əsgərlərin də içərisində olduğu avtobusun qarşısında avtomobil partladılıb. Hadisə nəticəsində 13 əsgər şəhid olub.
Kamil ƏMİRLİ
www.ann.az
























