Nazirlərin Moskva toplantısı - Suriya müzakirə ediləcək

Türkiyə, Rusiya və İran Suriya məsələsini müzakirə edəcək.
ANN.Az "HaberTürk”ə istinadən xəbər verir ki, dekabrın 20-də Rusiyanın paytaxtı Moskva şəhərində 3 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Toplantıda Suriyada baş verənlər, problemdən çıxış yolları müzakirə ediləcək.
Kamil Əmirli
www.ann.az
























