Əhaliyə xəbərdarlıq edildi - Çində

Çində hava çirklənməsinin insan sağlamlığına yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edilib.
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Çinin orta və şimal bölgələrində kəskin hava çirklənməsi Dünya Sağlamlıq Təşkilatının insan səhhəti üçün təhlükəli qəbul etdiyi "ən böyük dərəcə" dəyərinin 8 qatında olduğu açıqlanıb.
Çin Milli Metereologiya Mərkəzi ölkənin orta və şimal bölgələrində yerləşən Hınan, Şanşi, Şaanşi və Hıbey əyalətlərilə, eləcə də, Tiencin şəhəri və paytaxt Pekində ciddi hava çirklənməsi səbəbilə əlaqədar xəbərdarlıq edib.
Metereologiya Mərkəzinin verdiyi məlumata görə, zərərli hava 24 şəhəri təsiri altına alıb.
Mərkəzdən verilən məlumata görə, xəbərdarlıq edilən bölgələrdə bir müddət tikinti işləri və təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Yerli hökümət Tiencin şəhərində tikinti şirkətlərinin və sürücülərin qəbul olunmuş qaydalara nə dərəcədə əməl etdiklərini yoxlamaq üçün qruplar yaradıb. Çirkli hava şəraitinin çərşənbə gününə kimi davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Çin 2014-cü ildən çirkli havaya qarşı mübarizə aparır. Ölkənin ən böyük şəhərlərində sənaye işlərinin sürətli inkişafı Çini dünyanın ən çirkli şəhərləri sırasına daxil edib.
Şəbnəm Cavadzadə
www.ann.az
























