Rusiyanın Ankaradakı səfiri öldü - YENİLƏNİB

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnib.
ANN.Az "HaberTürk”ə istindən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ankarada Çankaya bələdiyyəsi və Rusiya səfirliyinin birgə təşkil etdiyi foto sərgidə baş verib. Belə ki, sərgiyə baxış zamanı rusiyalı səfiriə arxadan yaxınlaan qara geyimli bir nəfər əvvəlcə havaya, daha sonra səfirə atəş açıb.
Hadisə nəticəsində Karlovla yanaşı, bir neçə nəfər də yaralanıb. Rusiyalı səfirin ağır yaralı olduğu və xəstəxanaya aparıldığı bildirilir.
"HaberTürk” müxbirinin verdiyi məlumata görə, səfir sərgidə çıxış edərkən bir nəfər silahla əvvəlcə havaya atəş açıb. Daha sonra səfiri yaralayıb.
"Silahlı şəxs atəş açdıqdan sonra Hələb barədə bir neçə cümlə dedi: "Ya Allah, bismillah. Hələbdə etdiklərinizə icazə verməyəcəyik. Məsum insanları öldürdünüz”. Daha sonra bir neçə dəfə də atəş açaraq uzaqlaşmağa çalışdı”, - deyə müxbir əlavə edib.
Rusiyalı mənbələr bildirib ki, hadisəni radikal islamçı təşkilat üzvlərindən biri törədib.
ANN.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində ağır yaralanan və xəstəxanaya yerləşdirilən səfir ölüb.
Kamil ƏMİRLİ
www.ann.az
























