Lavrov: "Səfirin öldürülməsi Suriya məsələsi ilə bağlıdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada öldürülən rusiyalı səfirlə bağlı açıqlama verib.
ANN.Az "CNN Türk”ə istinadən xəbər verir ki, Lavrov səfirin öldürülməsini Suriyada terrorizmlə mübarizənin qarşısını almaq məqsədli olduğunu bildirib.
Sergey Lavrov bu gün Moskvada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri arasında keçiriləcək görüşdə Suriya mövzusunda konkret tədbirlər üçün qərar veriləcəyini bildirib.
"Görüşdə Karlov cinayəti üçün göstəriş verən və təşkilatlandıran şəxslər barədə ciddi tədbirlər görüləcək, konkret qərarlar veriləcək”, - deyə Lavrov əlavə edib.
Kamil Əmirli
www.ann.az
























