Ankaradakı küçəyə Karlovun adı veriləcək

Ankarada "Çankaya" Müasir Sənət Mərkəzinin yerləşdiyi küçəyə dünən axşam sui-qəsd nəticəsində Rusiya səfiri Andrey Karlovun adı veriləcək.
ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvada rusiya XİN rəhbəri ilə görüşən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Rusiyanın Türkiyədəki səfiri A.Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
Kamil ƏMİRLİ
www.ann.az
























