• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni “ağıllı” sistem sürücülərin diqqət yetirmədiyi yol nişanlarını müəyyənləşdirəcək

Yeni “ağıllı” sistem sürücülərin diqqət yetirmədiyi yol nişanlarını müəyyənləşdirəcək
29.05.2020 04:14
Almaniyanın "Volkswagen” şirkəti avtomobillər üçün sürücünün gözündən yayınan yol nişanlarına diqqət yetirəcək yeni "ağıllı” sistem təqdim edib.

"ICTnews” Elektron Xəbər Xidməti "Naked Science” resursuna istinadən yazır ki, çətin görünmə şəraitində və ya intensiv hərəkət zamanı yol nişanlarını izləmək problemlər yaradır. Məhz buna görə "Volkswagen” şirkətinin mühəndis və proqramçıları sürücülərin nəzərdən qaçırdığı bütün yol nişanlarını göstərəcək "Dynamic Road Sign Display” sistemini hazırlayıblar.

Məlumata görə, sistem sürücüləri diqqətsizlikdən qorumaq məqsədilə ərsəyə gətirilib. Bunun üçün şirkətin texnologiyası avtomobilin əsas panelində müvafiq xəbərdarlıqlar göstərəcək. Yol nişanlarının aşkarlanması üçün sistem irəliyə yönəldilmiş kameradan istifadə edir və mütəxəssislərin sözlərinə görə, istənilən şəraitdə vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Qeyd etmək lazımdır ki, sistem digər naviqasiya texnologiyaları ilə naviqasiya xəritələrinə görə yol nişanlarının həqiqiliyini müəyyənləşdirməyə imkan verən mürəkkəb rabitədən istifadə edəcək və bunun sayəsində yalan məlumat ehtimalı aradan qalxacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, "Dynamic Road Sign Display” orta hərəkət sıxlıqlı və pis hava şəraitli şəhərlərin daxilində xüsusilə faydalı olacaq. Sistem sürücünü vaxtında xəbərdar etməyə kömək edərək ona digər hərəkət iştirakçıları üçün təhlükə mənbəyi olmağa imkan verməyəcək.

Yeni sistem kamera və digər zəruri aparat vasitələri ilə təchiz ediləcək bir sıra gələcək "Volkswagen” avtomobil modellərində quraşdırılacaq.
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol