• $
  • €
  • ₽
  • ₺
  • £

Başqa qurğuları enerji ilə doldurmağa imkan verən smartfon təqdim olundu

Başqa qurğuları enerji ilə doldurmağa imkan verən smartfon təqdim olundu
20.12.2016 21:27
Çinin "Gionee” şirkəti 26 dekabr tarixində "Gionee M2017” smartfonunu rəsmən təqdim edəcək.
 
Sözügedən aparatda akkumulyatorun tutumu 7000 milliamper/saat təşkil edir. Bu, smartfon bazarında ən güclü batareyalardan biridir. Smartfon, həmçinin başqa qurğular üçün kənar akkumulyator kimi istifadə edilə bilər.

"ICTnews” Elektron Xəbər Xidməti "cnews.ru” saytına istinadən yazır ki, "Gionee M2017” aparatı 2560 x 1440 piksel təsvir ölçülü 5.7 düym diaqonallı ekranla təchiz edilib. Displeyin işlənib hazırlanmasında "AMOLED” texnologiyasından istifadə olunub. Smartfona 1.96 QHs takt tezlikli 8 nüvəli prosessor quraşdırılıb, əməli yaddaşın tutumu 6 QB, daxili yaddaş isə 128 QB-dır. "Gionee M2017” aparatı barmaq izi skaneri ilə təchiz edilib və "Android 6.0.1 Marshmallow” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Smartfon üç kamera ilə təchiz edilib. İki arxa kameranın təsvir ölçüsü müvafiq olaraq 12 Mp və 13 Mp, ön kamerada isə 8 Mp-dir. Qurğunun ölçüsü 155.2 x 77.6 x 10.65 mm, çəkisi isə 230 qramdır. "Gionee M2017” aparatının çəkisinin çox olması akkumulyatorla izah edilir. Yeni smartfon yalnız qara-qızılı rəngdə əlçatandır.

Məlumat üçün bildirək ki, Çinin "Oukitel” şirkəti tərəfindən 2015-ci ilin dekabrında çıxarılmış "Oukitel K10000” smartfonu akkumulyatorun tutumuna (10000 milliamper/saat) görə liderdir. Şirkətin rəsmiləri əmin edirlər ki, "Oukitel K10000” smartfonu normal istifadə rejimində 15 gün avtonom işləyir. Bu smartfon, həmçinin "OTG” birləşdiricisi vasitəsilə başqa qurğunu enerji ilə yükləyə bilər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol