• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Türkiyə ilə vizasız rejimə dair danışıqları “dondurur”

Rusiya Türkiyə ilə vizasız rejimə dair danışıqları “dondurur”
21.12.2016 10:02
Rusiya səfiri Ankarada qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dayandırmağa hazırlaşır.
 
APA-nın xəbərinə görə, bu barədə "İzvestiya” nəşri Rusiya XİN-dəki mənbələrinə istinadən məlumat yayıb.
 
Nəşr xatırladır ki, bir neçə ay əvvəl səfir Andrey Karlov Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməyə tələsməməyə çağırmışdı.  Onun fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün  bütün tədbirlər görülməmişdi.
 
"İzvestiya” qəzeti vizasız rejimin tətbiqi məsələsinin qeyri-müəyyən müddətə təxirə salındığını qeyd edir.  Məlumata görə, Rusiya hökuməti, həmçinin, Türkiyədə olan ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.   
 
"Türkiyə hökuməti ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməlidir və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, - deyə mənbə bildirib.   
 
Onun sözlərinə görə, son zamanlar baş vermiş faciəli hadisələr və cari ildə olmuş bir sıra insidentlərə görə Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil.    
 
Nəşr qeyd edir ki, XİN indiyədək Rusiya vətəndaşlarına Türkiyəyə səfər etməməyi tövsiyə edir.   

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol