"Apple"-dan yeni sürprizlərlə bağlı anons

"Apple” yeni personal kompüterlərin istehsalına hazırlaşır.
İKT.lent.az-ın "TechCrunch” saytına istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəhbəri Tim Kuk əməkdaşlara yazdığı məktubda bildirib.
T. Kuk yeni kompüterlərin buraxılacağına dair anons verib: "Bir sıra kütləvi informasiya vasitələri bizim şəxsi kompüterlər seriyasını inkişaf etdirəcəyimizə şübhə edir. Əgər kimsə hələ də şübhə edirsə, mən rəsmən bəyan edirəm ki, bizim planlarımızda bir neçə möhtəşəm desktop var”.
www.ann.az
























