3631 nəfər partiyadan kənarlaşdırıldı - Türkiyədə
Türkiyədə Cümhuriyyətçi Xalq Partiyasının (CHP) üzvlüyündən 3631 nəfər çıxarılıb.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə partiyanın sədri Kamal Kılıçdaroğlu bu gün keçirilən toplantıda məlumat verib. Bildirilib ki, üzvlükdən çıxarılan şəxslər əsasən, ölkənin qərb və cənub qərb bölgələrində yerləşən Adıyaman, Diyarbəkir, Ağrı, Qars, Mardin, Sivas, Siirt, Şırnak, Gümüşhane, Van və Hakkari şəhərlərindəndir.
Üzvlükdən çıxarılma səbəbi isə partiyanın 2015-ci il 1 noyabr tarixində keçirilən seçkilərdə səsvermədə iştirak etməyiblər.
Partiyanın iclasında eyni zamanda, Türkiyənin xarici siyasəti, Konstitusiyaya edilən son düzəlişlər və referendumun nəticələri, Rusiya səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsi və iqtisadi məsələlər müzakirə edilib.
Kamil ƏMİRLİ
www.ann.az
























