Moskvada partlayış: 4 nəfər yaralanıb

Rusiyanın paytaxtı Moskvada, metronun "Kolomenskaya" stansiyasının yeraltı keçidində partlayış olub.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerində yanğınsöndürmə və təcili tibbi yardım briqadaları işləyir.
Keçiddə aparılan qaynaq işləri zamanı qaz balonu partlayıb. Moskvada metro stansiyasında baş vermiş partlayış nəticəsində yaralıların sayı artıb.
***
Xəsarət alanların sayı 4 nəfərə çatıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
www.ann.az
























