Suriyada təxliyyələr başa çatdı

Suriyanın Hələb şəhərində mülki əhalinin təxliyyəsi başa çatıb.
ANN.Az "HaberTürk”ə istinadən xəbər verir ki, Suriyada əldə olunan razılaşma ilə Hələbdə başlayan təxliyyələr çərçivəsində 25 avtobus və 700 avtomobildən ibarət olan sonuncu kortej də ərazidən çıxarılıb.
Təxliyyə edilənlər xüsusi qida paketlərilə də təmin olunub.
Eyni zamanda, bölgədə olan Beynəlxalq Həkimlər Dərnəyinin üzvləri də xəstə və yaralılara ilkin tibbi yardıb göstərib. Vəziyyəti ağır olanlar isə Türkiyədəki xəstəxanalara göndərilib.
Bölgədəki işləri koordinasiya etmək üçün Raşidin adlanan ərazidə olan İnsani Yardım Vəqfinin (İHH) İdarə heyəti Üzvü İzzət Şahin min nəfərlik çadır şəhərciyinin quraşdırılması işlərinin tamamlandığını bildirib:
"Hələbdən azad edilən qaçqınlar ən qısa zamanda çadır şəhərciyinə yerləşdiriləcək. Daha sonra bütün lazımi yardım göstəriləcək. Son təxliyyələr zamanı 25 avtobus və 700-dən çox avtomobillə mülki əhalini təhlükəsiz ərazilərə aparmışıq”.
Kamil ƏMİRLİ
www.ann.az
























