Parlament sədrinin müavini tutuldu - Türkiyədə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini, Xalqların Depokratik Partiyası (HDP) üzvü Pərvin Buldan bu gün səhər evində tutulub.
ANN.Az "BBC Türkiyə"yə istinadən xəbər verir ki, bu barədə HDP-dən məlumat verilib. Bildirilib ki, TBMM sədr müavini və İstanbul Millet vəkilimiz Pərvin Buldan bu səhər İstanbulda evində saxlanılıb.
P. Buldan bu barədə şəxsi "Twitter” səhifəsində "saxlanıldım” yazaraq məlumat verib.
Kamil Əmirli
www.ann.az
























