Peskov: Rusiya və ABŞ arasında danışıqlar dondurulub

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ arasındakı parlament, biznes və mədəniyyət sahələrində dialoqun dondurulduğunu bildirib.
ANN.Az "DHA”-ya istinadən xəbər verir ki, Peskov bu vəziyyətin Rusiya tərəfindən baş vermədiyini qeyd edib.
"Hazırda iki ölkə arasındakı əməkdaşlıq ən aşağı səviyyədədir. Xarici işlər nazirlikləri, parlamentlər, iş, ictimai və mədəniyyət sahəsində dialoqlar dondurulub. Bu cür vəziyyət bizim istəyimizlə baş verməyib”, - deyə Peskov əlavə edib.
Rusiyanın "MİR” telekanalına müsahibə verən Peskov Rusiya və ABŞ arasında dialoqun demək olar, bütün sahələrdə dondurulduğunu deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi isə Rusiya və ABŞ arasında danışıqların davam etdiyini bildirib.
Kamil Əmirli
www.ann.az
























