• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər dərmanların sintezi üçün süni yarpaq yaratdı

Alimlər dərmanların sintezi üçün süni yarpaq yaratdı
23.12.2016 18:42
Eyndhoven Texniki Universitetindən olan alimlər qrupu günəş enerjisi sayəsində dərmanların istehsalı üçün mini-laboratoriya rolunu oynayan süni yarpağın prototipini hazırlayıblar.

Süni struktur fotosintez prosesi sayəsində günəş enerjisinin formasını dəyişmək və kimyəvi reaksiyaları aktivləşdirmək qabiliyyətinə malik əsl yarpaqlara oxşar yaradılıb. Belə ideya yeni sayılmır, ancaq indiyədək oxşar həllər zəruri kimyəvi reaksiyaların aktivləşdirilməsi üçün kifayət qədər enerji hasil edə bilmirdi.

"ICTnews” Elektron Xəbər Xidməti "hitech.newsru.ru” saytına istinadən yazır ki, hollandiyalı alimlər günəş batareyalarının effektivliyi üçün istifadə edilən lüminessensiya günəş konsentratorlarının ("LSC”) köməyi ilə bu problemi həll etməyə nail olublar. İşığa həssas xüsusi molekullar sayəsində bu materiallar daha çox günəş işığı udur və sonuncu sonra enerjiyə çevrilir.

Prototip üzərində keçirilmiş sınaqlar alimlərin gözləntilərini doğruldub. Buludlu hava şəraitində keçirilmiş sınağın nəticəsinə əsasən süni yarpaq "LSC”-siz analoqlarla müqayisədə 40% daha çox effektivliyə malikdir.

Süni yarpaq prototipinin yaradıcıları hesab edirlər ki, texnologiya dərmanların sintezi sahəsində böyük potensiala malikdir. Alimlərin fikrincə, belə mini-reaktorlardan hər yerdə istifadə etmək olar. Məsələn, onların köməyilə cəngəllikdə malyariya əleyhinə və ya Marsda paratsetamol dərmanı sintezləşdirmək mümkün olacaq.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol