• $
  • €
  • ₽
  • ₺
  • £

Universiteti yarımçıq qoyan 11 məşhur

Universiteti yarımçıq qoyan 11 məşhur
25.12.2016 10:32
Dünyanın bir çox tanınmış siması gənc yaşlarında universitetdəki təhsillərini yarımçıq qoyub, karyera arxasınca qaçıb. 

Mark Zukkenberq

Əgər "Facebook” ölkə olsaydı dünyanın ən çox əhalisinə sahib 3-cü böyük dövlət olardı. Bu "ölkə”nin qurucusunu demək olar ki, bütün dünya tanıyır. O, yaratdığı saytın sürətlə böyüməsi işini ləngitməmək üçün oxuduğu Harvard Universitetini tərk edib.

Maykl Del

Dünyaca məşhur "Dell” şirkətinin yaradıcısı Maykl Teqzas Austin Universitetində diplom almağı gözləmədən təhsilini yarıda qoyub.

Paul Allen

Bil Qeytslə birgə "Microsoft” şirkətinin qurucularındandır. İş dünyasına atılmaq üçün Vaşinqton Dövlət Universitetində 2 il oxuduqdan sonra oranı tərk edib.

Bil Qeyts

Paul Allendən yazıb onun "tənbəl” yoldaşından bəhs etməmək olmaz. Çoxlarının arzusunda olduğu universitetin diplomundan imtina edib. Bəli, bu Harvard Universiteti idi.

Laurans Elison

"Oracle”ın sahibi ögey anasını itirdiyi üçün baş tutan yekun imtahana gedə bilməyib və İllinois Dövlət Universitetindəki təhsili bununla da yarıda qalıb. Bugün Amerikanın ən varlı insanlarından biridir.

Met Deymon

O, isə hər hansısa bir proqramı yaratmaq üçün deyil, sadəcə xəyallarının arxasınca aktyor olmaq üçün Harvardı tərk edib.

Stiv Cobs

Oreqonda "Reed College”də bir müddət təhsil alan məşhur "Apple”i yaratdıqdan sonra oranı tərk edib.

Stivn Spiylberq

Dünyaca məşhur rejissor Stivn da Kaliforniya Dövlət Universitetini tərk edənlər sırasındadır. Lakin, 31 ildən sonra verə bilmədiyi kredit borcuna görə prinsipə düşərək diplomunu ala bilib.

Aşley Cud

Gözəl aktrisa Cud Kentuki Universitetinin fransız dili və ədəbiyyat fakültəsini aktrisalıq kariyerasına görə tərk edib.

Oliver Stoun

Hər kəsin sevdiyi məşhur rejissor Yales Universitetindən baş götürüb qaçıb. Amma bunun səbəbi film deyildi. Vyetnam müharibəsində iştirak etmək üçün ABŞ ordusuna yazılmaqla universitet təhsilini yarımçıq qoyur.

Denzl Vaşinqton

Məşhur aktyor yay tətilində çalışaraq pul qazanmaq üçün Fordham Universitetindəki təhsilini yarıda qoyub. //axsam.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol