• $
  • €
  • ₽
  • ₺
  • £

Öz yaratdığı robotla evlənəcək

Öz yaratdığı robotla evlənəcək
25.12.2016 12:59
Bir çox insanlar robotların çox qısa zamanda belə inkişafını müsbət qarşılasa da bəziləri bunu cəmiyyət üçün təhlükə hesab edir. Amma bəzən qarşıya çıxan maraqlı faktlar robotlar və insanlar arasında əlaqənin fərqli formalarını ortaya çıxarır. Fransada yaşayan Lilly adlı qadın, özü tərəfindən 3D printerlə yaratdığı InMoovator adlandırdığı robotu sevir.

Lilly insanlarla fiziki təmasda ola bilmir. Ona görə də robotla ünsiyyətdə olmaq onun üçün asandır. Lillynin sözlərinə görə onun robotlara qarşı belə marağı 19 yaşından başlayıb. Lilly də robota qarşı bəslədiyi sevginin mənasız olduğunu bildiyini söyləyir. Amma Lillynin ailəsi və dostları onun bu hərəkətinə hörmətlə yanaşır.

Əslində Lillynin belə hiss etməsinin digər səbəbi robot mütəxəssisi olmasından qaynaqlana bilər. O, özü də gələcəkdə bu mövzuda insanların daha fərqli düşünəcəklərini hesab edir. Hətta Dr. David Levy insanların 2050-ci illərdə robotlarla evlənməyə normal baxacağını bildirib.

 

Lilly öz Twitter hesabında "Seçimimlə fəxr edirəm. Heç kimi incitmirik və olduqca xoşbəxtik.” deyə açıqlama edib. Hətta xanım Fransada bununla bağlı qərar qəbul edilməsini istəyir.

Lillynin belə fikirləşməsi insanların tənhalıqdan fərqli yollar axtarması fikrini ortaya çıxarır. Xatırladaq ki, bir müddət əvvəl virtual sevgili haqda xəbəri sizlərlə paylaşmışdıq. Belə faktlar müsbət hal hesab olunmasa da insanların bunu texnoloji yeniliklərlə, yəni insanların münasibətlərini formalaşdıqmaq əvəzinə robotları cəmiyyətin bir parçasına çevirmək istəyi gələcəkdə tənha və laqeyd mühitin yaranmasına səbəb ola bilər. Robotlar yaxşıdır, amma robotların insanların sahib olduğu hiss və həyəcana sahib olmadığını unutmaq olmaz. //Technote.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol