• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücüsüz avtomobillər üçün proqram təminatı hazırlayan mərkəz istifadəyə verildi

Sürücüsüz avtomobillər üçün proqram təminatı hazırlayan mərkəz istifadəyə verildi
26.12.2016 20:30
Bu il smartfon istehsalından imtina edərək proqram təminatının buraxılışına üstünlük verən Kanadanın "BlackBerry” şirkəti sürücüsüz avtomobil nəqliyyatı üçün həllərin hazırlanması ilə məşğul olacaq yeni tədqiqat mərkəzi açıb.

"ICTnews” Elektron Xəbər Xidməti "IGate” resursuna istinadən yazır ki, Ottava şəhəri yaxınlığında yerləşən laboratoriyanın açılış mərasimində Kanada baş naziri Castin Trüdo və şirkətin baş direktoru Con Çen iştirak edib.

Məlumata görə, yeni mərkəz diqqəti şirkətin sürücüsüz avtomobillərdə istifadəsini planlaşdırdığı "BlackBerry QNX” platforması üçün proqram təminatının yaradılmasına yönəldəcək.

Platforma avtomobillərə insanların iştirakı olmadan hərəkət etməyə imkan verən hazır alqoritmlər təklif etmir və gələcəkdə robotlaşdırılmış avtomobillər üçün proqram təminatının əsasını təşkil edəcək. Baş direktor C.Çen tərəfdaşların adını açıqlamayaraq qeyd edib ki, artıq bir sıra istehsalçılar sürücüsüz avtomobillər üçün "BlackBerry QNX” platformasını tətbiq edir. 

"Avtomobil şirkətləri üçün proqram həllərinin yaradılması bizim üçün sürətlə artan biznes olacaq. Bu, yalnız başlanğıcdır. Bütün avtomobil istehsalçıları potensial baxımdan bizim müştərilərmizdir. Bizim çoxlu işçi məkanına ehtiyacımız var”, - baş direktor vurğulayıb.

Bildirilir ki, layihəyə investisiyaların həcmi təxminən 76 milyon dollar təşkil edəcək. Vəsaitin əksər hissəsi 600 mühəndisin işə qəbuluna sərf ediləcək.

Hazırda işçilərinin sayı 5 minə bərabər olan "BlackBerry” şirkətində beş il əvvəl 17 min nəfər çalışıb.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol