158 hədəf, 13 İŞİD-çi məhv edildi - Suriyada
Suriyanın Əl Bab şəhərində aparılan döyşülərdə 13 İŞİD-çi məhv edilib.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSK) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, "Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl Bab şəhərində aparılan döyüşlər nəticəsində İŞİD-ə məxsus 158 hədəf məhv edilib. Ümumilikdə, 13 İŞİD-çi zərərsizləşdirilib.
Kamil Əmirli
www.ann.az
























