Türkiyə və Rusiya razılaşdı - Suriyada atəşkəs

Türkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi barədə razılığa gəlib.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə və Rusiya Hələb şəhər mərkəzinin şərqində elan edilən atəşkəs və yerli əhalinin təxliyyəsindən sonra atəşkəsin bütün ölkə ərazisində tətbiqinə dair razılaşıb.
Planın Bəşər Əsəd rejimi və rejim tərəfdarı, eləcə də xarici terrorist qrupların müxaliflərlə döyüşdüyü bütün bölgələrdə həyata keçirilməsi nəzərdə tutulub.
Atəşkəsin gecə yarısı qüvvəyə minəcək.
Atəşkəsin müvəffəqiyyətli olması üçün rejim və müxaliflər Türkiyə ilə Rusiya rəhbərliyində Astanada siyasi müzakirələrə başlayacaq.
İki ölkə prosesin uğurla tətbiq edilməsi üçün zəmanət verib.
Kamil Əmirli
www.ann.az
























