"İŞİD-in arxasında duranlar hamıya məlumdur" - İraq XİN başçısı

"İraqda terrorçu İŞİD qruplaşmasına xarici dövlətlər maliyyə yardımı edir”.
ANN.Az Report-a istinadən xəbər verir ki, bunu İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri "RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Mosulda İraq hərbçiləri tərəfindən mühasirəyə alınan terrorçular böyük müasir silah və sursata malikdirlər:
"İŞİD-də bir dövlətin imkanları var. Onların arxasında böyük məbləğdə maliyyə dəstəyi durur. Bu, adi dəstək deyil. Onları hökumət dəstəkləyir. Onların arxasında hökumətlər və onların büdcələri durur. Bununla belə, Bağdad hətta İŞİD-i dəstəkləyən dövlətlərlə də əlaqələri qorumaq niyyətindədir”.
İ.Cəfəri terrorçuları dəstəkləyən dövlət və hökumətlərin adlarını çəkməyib:
"Onların adı hamıya məlumdur
www.ann.az























