• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil proqramlarda barmaq izi yeniliyi

Mobil proqramlarda barmaq izi yeniliyi
30.12.2016 20:50
Almaniyanın "Tapdo” startapı tərəfindən hazırlanmış eyni adlı kontroller barmaq ucu izi və falanqaların köməyi ilə smartfonda mobil proqram və müxtəlif "ağıllı" qurğuları idarə etməyə imkan verir.

"ICTnews” Elektron Xəbər Xidməti "hitech.newsru.ru” saytına istinadən yazır ki, "Tapdo” kiçikölçülü barmaq izi skaneridir və onu biləyə taxmaq mümkündür. Kontroller "Bluetooth” vasitəsilə "Android” və ya "iOS” mobil əməliyyat sistemləri ilə işləyən smartfona qoşulur və mobil tətbiq hər bir barmaq falanqası üçün bu və ya digər komandanın icrasını təyin etməyə imkan verir. Məsələn, şəhadət barmağının ucu ilə sensora toxunuşu sazladıqdan sonra smartfonda musiqini işə salmaq olar, barmağın orta falanqasının izi isə gurluğu  tənzimləyə bilər.

"Tapdo” mobil proqramı, həmçinin smartfona qoşulmuş "əşyalar interneti” qurğularının idarəetməsində tətbiq edilə bilər. Kontrollerin istehsalçıları "Philips Hue” "ağıllı"  lampasını nümunə göstərirlər. Ümumilikdə istifadəçi hər bir əl üçün 14-dək müxtəlif komanda proqramlaşdıra bilər.

İstehsalçılar 2017-ci ilin fevralında "Kickstarter” platformasında qurğunun istehsalına vəsait toplamaq üçün kampaniya işə salmağı planlaşdırırlar. Kontrollerin bazar qiyməti 100 ABŞ dolları məbləğində olacaq.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol