• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti ilin ən çox gözlənilən qurğuları bəlli olub

Növbəti ilin ən çox gözlənilən qurğuları bəlli olub
30.12.2016 22:30
Yüksək texnologiyalar sahəsinin tanınmış ekspertləri 2017-ci ildə dünya bazarına bir sıra innovativ qurğuların çıxarılacağını düşünürlər. Onlardan ən çox gözlənilənlərə "ağıllı” kontaktlı linzalar, qulaqcıq tərcüməçi, universal simsiz enerji doldurma qurğusu və şəffaf displeyli smartfon daxildir.

"ICTnews” Elektron Xəbər Xidməti "Planet Today” resursuna istinadən yazır ki, intellektual eynək yenilik deyil. Məsələn, "Google” şirkəti 2014-cü ildən belə qurğunun prototiplərini nümayiş etdirir. İndi isə "Google Glass” layihəsinin rəqibləri olacaq ki, onlardan da biri patent hüququ almaq üçün müraciət edərək "ağıllı” linzalar - fotoaparat, skaner, fitnes bilərzik, eynək və saatları əvəz edəcək qurğunun hazırlanması ilə məşğul olan Cənubi Koreyanın texnoloji nəhəngi "Samsung” şirkətidir. Ümumiyyətlə, belə linzalar potensial baxımdan əvəzedilməz qurğuya çevrilə bilər.

"Waverly Labs” şirkətinin mühəndisləri tərəfindən yaradılan qulaqcıq tərcüməçilər insanlar arasında dil maneələrini aradan qaldıracaq. "Pilot” adlanan qurğu real vaxt rejimində sinxron tərcüməni həyata keçirəcək.

Müxtəlif qurğular üçün simsiz enerji doldurma qurğusunun yaradılması ilə "Apple” şirkəti məşğuldur. Qurğunun stol şəkilində olacağı gözlənilir.

Şəffaf ekranlı smartfonlar hazırlayan "Vivo” şirkətinin mütəxəssislərinin qənaətinə görə, belə qurğular əlavə reallıq texnologiyalarında əsl inqilab olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol