• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni qurğu aeroportda təhlükəli sərnişinləri müəyyənləşdirəcək

Yeni qurğu aeroportda təhlükəli sərnişinləri müəyyənləşdirəcək
29.05.2020 11:17
Hava limanında təhlükəsizliyin təmini məqsədini daşıyan yeni ikidilli qurğu real vaxt rejimində həqiqiliyi təsdiq edən avtomatlaşdırılmış virtual sistemdir (AVATAR).

"ICTnews” Elektron Xəbər Xidməti "Planet Today” resursuna istinadən yazır ki, hazırda ABŞ alimləri Kanada Sərhəd Xidməti Agentliyi ilə birlikdə belə sərhəd təhlükəsizliyi sistemlərinin ölkəyə gələn şəxslərin gizli niyyətinin olmasını müəyyənləşdirməyə kömək etməsini aydınlaşdırmaq üçün robotlaşdırılmış qurğunun sınaqlarını keçirirlər.  

Tədqiqat müəlliflərinin sözlərinə görə, sistemlə ünsiyyət aeroportda qeydiyyata və ya supermarketdə özünəxidmət kassası qarşısında hərəkətlərə bənzəyir. Alimlər qurğunu suallar verən virtual həmsöhbət monitoruna oxşar kimi təsvir edərək sual verilən sərnişinin fiziologiya və davranışda dəyişikliklərin qeydə alınmasını bildirirlər.

Sistem potensial riskin olması qənaətinə gəlməyə imkan verən göz, səs, jestlər və pozalarla əlaqədar xüsusi siqnalları aşkarlayır. Belə ki, sərnişinə bir sıra suallar verilir, dəyişiklikləri izləyən proqram təminatı isə cavabları təhlil edir, eləcə də yalanın və ya spesifik davranışın fiziki əlamətlərini müəyyənləşdirir. Həmçinin insanların tez-tez gözlənilən uçuşa görə əsəbi olmaları səbəbindən bazanın yoxlanılması üçün bir sıra sadə suallar verilir.

Alimlərin fikrincə, süni intellekt əsasında oxşar sistemlər təkcə sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün deyil, eyni zamanda hüquq-mühafizə orqanlarında, müsahibələrin aparılmasında və insanlarla ünsiyyətlə əlaqədar digər sahələrdə istifadə oluna bilər. Alimlər sistemdə onu əksər sahələrdə potensial baxımdan qiymətli alətə çevirən təkmilləşdirmə işlərini davam etdirirlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol