Universitet rektoru həbs edildi - Türkiyədə
Türkiyənin Uşak Şəhər Prokurorluğu FETÖ/PYD təşkilatları ilə mübarizə tədbirləri çərçivəsində Uşak Universitetinin rektoru prof. dr. Sait Çelik də daxil olmaqla, 9 nəfər həbs edilib.
ANN.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, dünən səhər saatlarında prokurorluqda ifadələrinin alınmasından sonra məhkəməyə gətirilən rektor sədrin qərarı ilə həbs edilib.
Digər şübhəlilər isə nəzarətdə saxlanılmaq şərtilə azadlığa buraxılıb.
Qeyd edək ki, dekabrın 22-də Uşak şəhərində keçirilən əməliyyatda Uşak Universitetinin rektoru Sait Çeliklə yanaşı, 9 nəfər şübhəli bilinərək saxlanılmışdı.
Kamil Əmirli
www.ann.az
























