• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda yaşayış binası uçdu - ölənlərin sayı artır - YENİLƏNİB

Qazaxıstanda yaşayış binası uçdu - ölənlərin sayı artır - YENİLƏNİB
02.01.2017 10:30
Qazaxıstanda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib.

"Xilasedicilər dağıntılar altından üçü uşaq olmaqla, 9 nəfərin meyitini çıxarıb. Binanın uçması nəticəsində xəsarət alan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib”, deyə R.İmankulov qeyd edib.

Onun sözlərinə görə, hazırda davam edən xilasetmə əməliyyatına 280 nəfər cəlb edilib.

Ötən axşam Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub. Hadisə Şaxan qəsəbəsində qeydə alınıb. İnsidentin səbəbləri araşdırılır.

***
Qazaxıstanda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib.

Onun sözlərinə görə, xilasedicilər tərəfindən dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Hazırda xilasetmə əməliyyatı davam edir.

Ötən axşam Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub. Hadisə Şaxan qəsəbəsində qeydə alınıb. İnsidentin səbəbləri araşdırılır. 

***

Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident vilayətin Şaxan qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, dağıntılar altında qalanların olduğu bildirilir.  Hadisə yerinə cəlb edilən xilasedicilər indiyədək 4 nəfəri xilas edib. Hazırda xilasetmə əməliyyatı davam edir.

İnsidentin səbəbləri barədə hələ ki, məlumat verilmir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol