Hava limanında suriyalı: "Üstümdə bomba var"

Türkiyənin Antalya hava limanında səhər saatlarında yoxlanışdan keçən suriyalı gənc "Üstümdə bomba var" deyərək qışqırıb.
Bu barədə Trend "Habertürk"ə istinadən məlumat verir.
Polis və mühafizəçilər 25-30 yaşlarındakı gənci tez bir zamanda zərərsizləşdirə biliblər.
Suriyalı hava limanının polis idarəsinə aparılıb.
www.ann.az
























