Bağdadda meydanda partlayış: 32 ölü

İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partladılması nəticəsində 32 nəfər ölüb.
Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Bağdad polisi məlumat verib.
Hadisə nəticəsində 61 nəfərin yaralandığı bildirilir. Partlayış şəhərin Mədinət əs Sədr meydanında baş verib. Hələlik heç bir qruplaşma terrora görə məsuliyyəti üzərinə götürməyib.
www.ann.az
























