Fövqəladə vəziyyət daha 3 ay uzadılacaq - Türkiyədə

Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadıla bilər.
APA-nın "Sözcü”yə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir Binəli Yıldırım məlumat verib. O bildirib ki, fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılması məsələsinə parlamentdə baxılacaq.
Qeyd edək ki, qərar qəbul olacağı təqdirdə, fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılacaq. Fövqəladə vəziyyət rejiminin müddəti 19 yanvarda başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.
www.ann.az
























