• $
  • €
  • ₽
  • ₺
  • £

Benzinin qiymətilə bağlı hökumətə müraciət

Benzinin qiymətilə bağlı hökumətə müraciət
03.01.2017 18:24
Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Rusiya hökümətinə benzinin qiymətindəki artımı dayandırmaq üçün müraciət edib.

"Report” "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə regional rəhbərlik məlumat yayıb.

Regional hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 1-dən Sibirin regionlarında benzinin bütün markaları üzrə qiymət orta hesabla 20 qəpik artıb:
 
"Kuzbassda benzinin 1 litrinin qiyməti 34 rubl (0,9962 manat) təşkil edir.Bu isə yerli orqanlarla olan razılıq pozularaq xəbərdarlıq edilmədən baş verib".

Məlumatda qeyd olunub ki, 2016-cı ildə ən çox satılan Aİ-92 markalı avtomobil benzinin qiyməti 1,8 rubl (0,05 manat) artıb:
 
"Sonuncu artım 10 gün əvvəl olub. Bütün il ərzində qiymət 5 dəfə artıb. Şirkətlər əhaliyə artımın səbəbi və qiymətləndirmə mexanizmi barədə məlumat vermirlər".

Qubernatorun imzası ilə göndərilən teleqramda qiymətin daim artımı "əsl xaos” adlandırılıb. Onun fikrincə, inhisarçılar bazardakı mövqelərindən istifadə edir, kuzbasslıların marağını nəzərə almır və faktiki olaraq əhalinin "cibinə girir”:
 
"Səbəb göstərilmir, insanlar sadəcə fakt qarşısında qalırlar-qiymətlər qaldırılıb. Bunun nəyə gətirib çıxaracağını Meksika nümunəsində görürük. Orada inhisarçıların qiymətləri o həddə artırıb ki, insanlar etiraza qalxıblar”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol