• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağıllı” üzük idman bilərziyi funksiyalarını yerinə yetirəcək

“Ağıllı” üzük idman bilərziyi funksiyalarını yerinə yetirəcək
05.01.2017 20:54
"Motiv” şirkəti hazırda bazarda əksər "ağıllı” idman bilərziklərinin taxılan qolbaq formasında təqdim edilməsinə baxmayaraq oxşar qurğunu üzük şəklində buraxmaq qərarına gəlib.
 
Belə ki, "Motiv” qurğusu "ağıllı” bilərziklər kimi eyni funksiyaları yerinə yetirir: qət edilən addımların sayını və nəbzi izləyir, eləcə də idman etməyin lazım olması barədə mütəmadi məlumat verir. İstehsalçı nümayəndəsinin sözlərinə görə, boz və çəhrayı qızılı rəngli materialın korpusunun əsasını ultranazik titan təşkil edir.

"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, qurğunun əyilən batareyası "Motiv” şirkəti tərəfindən hazırlanıb və bütün standart USB çıxışlarına qoşulan maqnit birləşdirici stansiya (dok stansiya) vasitəsilə enerji toplayır. Üzüklə dəstdə iki enerji toplama qurğusu tədarük edilir.

Məlumata görə, üzük smartfon proqramı ilə sinxronlaşaraq seçilən müddət üçün bütün informasiyanı kartoçka və statistika şəklində göstərir. İstifadəçiyə dəqiqəbaşı öz aktivliyini təhlil etməyə imkan verən qurğu müəyyən addımların sayı şəklində hədəflər əvəzinə, aktivlik dəqiqələrindən istifadə edir. Şirkət nümayəndələri qeyd ediblər ki, bu, istifadəçiləri daha çox motivasiya edəcək.  

"Motiv” üzüyü üçün ilkin sifarişlər 199 dollara qəbul edilir. Şirkət əvvəlcə istifadəçilərə uyğun üzük ölçüsünü müəyyənləşdirmək üçün xüsusi dəstlər göndərəcək. Tədarüklərə yazda başlamaq planlaşdırılır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol